Bakı Kommersiya Məhkəməsində “Auto Services” MMC-nin “Azerbaijan International Telecom” MMC-yə (“AzInTelecom”) qarşı məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.
Qeyd: “Auto Services” “AzInTelecom” şirkətini məhkəməyə verərək borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.