Yeni iPhone 15-in təqdimatı sentyabrın 13-də baş tuta bilər.
Medianews.az xəbər verir ki,bu barədə 9to5mac portalı bir neçə mənbəyə istinadən xəbər verir .
Lakin rəsmi məlumat verilməyib. Bu qanaətə ona görə gəliblər ki, operatorlar öz işçilərinə sentyabrın 13-də vacib smartfon elanı səbəbilə məzuniyyətə çıxmamağı bildiriblər.
Məlumata görə, smartfonun ilkin sifarişləri sentyabrın 15-də, rəsmi satışlar isə 22-də başlayacaq.
Medianews.az