İsveçdə Qurani-Kərimin yandırılması aksiyasından sonra polisin tətbiq etdiyi “Quran yandırmaq qadağası” məhkəmənin qərarı ilə ləğv edilib.
Medianews.az xəbər verir ki, məhkəmə polisdən Qurani-Kərimin yandırılmasını qadağan edən qərarı ləğv etməsini istəyib.
İsveç İnzibati Məhkəməsi “təhlükəsizlik riski ilə bağlı narahatlıqların” nümayiş hüququnu məhdudlaşdırmaq üçün yetərli olmadığını əsas gətirərək polisin qərarını ləğv edib. Bunun üzərinə Stokholm polisi qərarı Ali Məhkəməyə çatdırıb.
Medianews.az