Günlərdir itkin düşən məşhur braziliyalı aktyor Ceff Maçadonun cansız cəsədi aparılan araşdırmalar nəticəsində tapılıb.
Medianews.az xəbər verir ki, Braziliyanın sevilən aktyorlarından biri olan Ceff Maçadonun ölümü ölkəni həm şoka salıb, həm də dəhşətə gətirib.
Rio-de-Janeyronun qərbindəki məhəllədə yaşayan 44 yaşlı Maçadonun bir müddətdir itkin düşməsindən sonra aparılan araşdırmalar dəhşətli sonluqla nəticələnib.
Məlumata görə, məşhur aktyorun cansız bədəni fərdi yaşayış evinin döşəməsinə basdırılmış sandıqda aşkar edilib.
Səlahiyyətlilər əlləri və ayaqları bağlı vəziyyətdə tapılan Maçadonun boynunda polad kabelin də olduğunu müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az