İtaliya Nümayəndələr Palatasının üzvü , deputat Gilda Sportiello tərəfindən parlamentdə baş verənlər dünya mətbuatının gündəminə çevirilib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı deputat iki aylıq oğlunu iclas zamanı bəsləyib.
Digər ölkələrdə bu hal təkrarlansada İtaliyada ilk dəfədir ki, baş verir.
Daha sonra deputat bu addımı ilə bağlı mətbuata açıqlamalar verib:
“Bir çox qadınlar öz istəkləri ilə deyil, işə qayıtmaq məcburiyyətində olduqları üçün ana südü ilə qidalanmağı vaxtından əvvəl dayandırırlar”.
Parlamentin iclasına sədrlik edən spiker Gilda ilə bağlı açıqlama verərək, hadisənin ilk dəfə baş verdiyini xatırladıb və deyib: “Federikoya uzun, azad və dinc ömür arzulayıram. İndi sakitcə danışacağıq”.
Qeyd edək ki, ötən ilin noyabrında parlamentin nizam-intizam komitəsi qadın deputatların otağa uşaqları ilə daxil olmasına və bir yaşa qədər ana südü ilə qidalanmasına icazə verib.
Medianews.az