İstanbulun Şişli şəhərində iqamətgahdan çıxan 3 liviyalıya iki maskalı şəxsin hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, hücum zamanı iki nəfər yaralanarkən, maskalı şəxslər sürətlə hadisə yerindən qaçıblar.
Həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Xəbərdarlıq üzərinə hadisə yerinə təcili yardım və polis qrupu sövq edilib. Yaralılardan ikisi təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Hücumda istifadə edilən silahda səsboğucu olduğu öyrənilib.
Qaçan hücumçuların tutulması istiqamətində işlər davam etdirilir.
Medianews.az