Türkiyənin Dənizli vilayətində əfqan sevgilisi Nadia Nurini siçovul zəhəri ilə öldürüb cəsədini çölə atan Sabour Saxizadə ilk məhkəmə iclasında qadının intihar etdiyini iddia edib.
Medianews.az xəbər verir ki, Saxızadənin polisə verdiyi ifadəsi ilə məhkəmədə dediyi sözlər ziddiyət təşkil edib.
“Hadisə baş verən gün siçovul zəhəri ilə plov bişirdim. Özüm plovdan az yedim, amma Nadia çox yedi. Bir müddət sonra gördüm ki, yataqda nəfəs almır, ağzından qan gəlir. Yanında uzanıb bir müddət ağladım”,-deyə Sabour Saxizadə polisə ifadəsində bildirib.
Sabour Saxizadə məhkəmədə isə “O, siçovul zəhəri içərək intihar etmiş ola bilər. Mən etməmişəm”, deyə qeyd edib.
Məhkəmə Sabour Saxizadə və Nadia Noorinin mobil telefonlarının rəqəmsal ekspertizası ilə bağlı hesabatı gözləməyə qərar verib və iclası sentyabrın 12-nə təxirə salıb.
Medianews.az