ABŞ-da daha bir məktəbdə atışma olub.
Medianews.az xəbər verir ki, 19 yaşlı silahlı şəxs Riçmond şəhərində orta məktəbi hədəfə alıb.
O, buraxılış mərasiminə toplaşan kütləyə atəş açıb. Hadisə zamanı 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, ABŞ-da son 6 ayda baş verən 279 atışmada çox sayda adam güllələnib.
Medianews.az