Bütün dünyada narahatlıq yaradan meymun çiçəyi virusuna Çinin paytaxtı Pekində rast gəlinib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Pekin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin verdiyi açıqlamada, virusa yoluxmuş 2 nəfərin xəstəxanada karantinə alındığı, əlaqənin bələdiyyə və rayon səhiyyə müəssisələri tərəfindən izləndiyi qeyd edilib.
Müalicə olunan xəstələrin vəziyyətinin stabil olduğu bildirilib.
Qeyd edək ki, Mərkəzi və Qərbi Afrika ölkələrində tez-tez rast gəlinən meymun çiçəyi virusu indiyədək 111 ölkədə aşkarlanıb.
Çiçək xəstəliyinə bənzəyən meymun çiçəyi virusu ilə qarşılaşan xəstələrdə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, titrəmə və üşümə, dəri döküntüsü kimi əlamətlər görülür.
Medianews.az