Çin və Rusiya hərbi təyyarələri Yaponiyaya məxsus hava məkanında birgə uçuşlar həyata keçirib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, iki Çin H-6 və iki Rusiya Tu-95 təyyarəsi Yaponiyaya məxsus məkanda birgə uçuşlar həyata keçirib.
Nazirlikdən verilən açıqlamada Yaponiyanın hava məkanının pozulmadığı vurğulanıb, lakin birgə uçuşun “açıq güc nümayişi” kimi qiymətləndirildiyi vurğulanıb.
Sözügedən birgə uçuşla bağlı dərin narahatlıqlarını diplomatik kanallarla Rusiya və Çinə çatdırıldığı bildirilib.
Cənubi Koreya Baş Qərargahı dünən 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Tanıma Bölgəsinə (KADIZ) daxil olduğunu da açıqlayıb.
Medianews.az