ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evdəki vəzifəsini tərk etdikdən sonra özü ilə apardığı iddia edilən məxfi sənədlərlə bağlı hər şeyi düzgün etdiyini deyərək özünü müdafiə edib.
Medianews.az xəbər verir ki, Tramp bu barədə Ayovada, Fox News kanalının aparıcısı Şon Hannitinin moderatorluğu ilə keçirilən panel müzakirəsində danışıb.
Zaldakı tamaşaçıların alqışları arasında səhnədə yerini alan Tramp prezidentlikdən getdikdən sonra məxfi sənədləri saxladığı barədə dünən səs yazısının ələ keçirilməsi ilə bağlı açıqlamadan xəbəri olmadığını iddia edib:
“Mənim bu barədə heç bir fikrim yoxdur. Tək bildiyim odur ki, mən Prezident qeydləri haqqında qanuna 100 faiz əməl etmişəm və hər şeyi düzgün yerinə yetirmişəm. Prezident kimi sənədləri çeşidləmək hüququm var”.
Prezident Co Baydenin ofisində məxfi sənədlərin olduğunu xatırladan Tramp, onun Vaşinqtonda olan ofisindəki 7 və ya 8 qutu sənəd haqqında heç kimin danışmadığını da vurğulayıb.
Medianews.az