İtkin düşən 7 yeniyetmənin axtarışı zamanı uçurumun kənarında meyitlərlə dolu 45 çanta tapılıb.
Medianews.az xarici mediaya istinadla bildirir ki, qan donduran hadisə Meksikada baş verib.
Meksika polisi çantalara yığılmış 45 cəsəd tapdıqlarını bildirib.
Prokurorluğun açıqlamasında çantalarda həm kişi, həm də qadın cəsədlərinin tapıldığı, şəxsiyyəti müəyyənləşdirmə işlərinin davam etdirildiyi bildirilib.
Tapılan cəsədlərin neçə nəfərə aid olduğu hələlik bəlli olmasa da, çətin ərazi şərtləri səbəbindən axtarış işlərində yanğınsöndürmə idarəsi və mülki müdafiə qruplarının da polisə dəstək verdiyi bildirilib.
Medianews.az