Alimlər ağacdan ağaca uçan və gülən yeni kərtənkələ növü aşkar ediblər.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Nature jurnalında dərc olunan araşdırmaya görə, elm adamları Hindistanda yeni kərtənkələ növünü kəşf ediblər .
Bu canlının elmi adı “Gekko Mizoramensis” dir. Lakin elm adamları mini kərtənkələləri ağacdan ağaca sürüşmək vərdişlərinə görə “paraşüt kərtənkələləri” adlandırıblar.
Heyvanlar havada sürüşmək üçün bədənlərinin və quyruqlarının yanında dəri üzgəclərindən istifadə edirlər.
Paraşüt kərtənkələləri Banqladeş, Myanma, Tayland və Kambocada yaşayır, lakin tədqiqatçılar yeni növləri ilk dəfə Hindistanda görüblər.
Araşdırmaya görə, bu növ daha çox qaranlıqda ortaya çıxır, tarakan və güvə kimi həşəratlarla qidalanırlar.
Medianews.az