Türk polisi öz toyunda iştirak edə bilməyəcək.
Medianews.az xəbər verir ki, İstanbulda polis məmuru vəzifəsində çalışan A.K. Almaniya vətəndaşı olan nişanlısı ilə həmin ölkədə keçiriləcək toy məclisinə qatıla bilməyəcək.
Məlumata görə, buna səbəb onun iyunun 3-də Almaniyada keçiriləcək toyu üçün viza ala bilməməsi olub.
Avropa İttifaqına üzv ölkələrin Türkiyə vətəndaşlarına viza verməsi problemi son ayların ən çox danışılan mövzularından sayılır. Prezident Ərdoğan bu problemə toxunaraq deyib ki, siyasi şantaj olaraq istifadə edilən viza problemini ən qısa zamanda həll edəcəyik.
Qeyd edək ki, bəyin özünə yox, anasına viza verilib. Bu hal toyuna gedə bilməyən bəyi daha da əsəbləşdirib.
Medianews.az