Yasak Alma serialının ulduzu Eda Ece iyunun 21-də 4 ildir sevgili olduğu Basketbolçu Buğrahan Tuncerlə evlənir.
Medianews.az xəbər verir ki, Şevval Samın səhnəyə çıxacağı toyda Ecenin toy şahidləri də bəlli olub.
Məlumata görə, Eda Ece ilə Buğrahan Tuncerin 20 iyunda evlənəcəyi məlum olub. Aktrisa isə iyunun 21-də nikah masasına əyləşəcəyini bildirib. Toyda Ecenin Yasak Alma serialındakı rol yoldaşı Şevval Sam çıxış edəcək. Gözəl aktrisanın şahidi meneceri Qaye Sökmen, Melda Nar və məşhur sənətçi Ayşegül Aldinç olacaq.
Qeyd edək ki, Eda Ece Uzunalioğlu iyunun 20-də öz ad gününü qeyd edəcək.
Medianews.az