Mayın 28-i axşam saatlarında İtaliyanın şimalındakı Maggiore gölündə qayıq qəzasında həlak olan 4 nəfərdən 2-nin İtaliya kəşfiyyatçıları, birinin isə İsrail təhlükəsizlik qüvvələrinin təqaüdçüsü olduğu bildirilib.
Medianews.az xəbər verir ki, Maggiore gölündə qayığın batdığı qəza ilə bağlı ilk məlumatlar mərhumun doğum gününü qeyd etmək üçün bir araya gələn turistlərin olduğu bildirilsə də, İtaliya mətbuatında “qayıq qəzası” başlıqlı xəbərlər gəmidə italyan və İsrail kəşfiyyatçılarının olduğunu üzə çıxarıb.
Bildirilib ki, 62 yaşlı Klaudio Alonzi və 53 yaşlı Tiziana Barnobi İtaliya İnformasiya və Xarici Təhlükəsizlik Agentliyinin (AISE) üzvü, ölən israilli isə 53 yaşlı təqaüdçü mühafizəçi Şimoni Erezdir. Qayıq qəzasında ölən digər şəxsin isə kruiz gəmisinin kapitanının həyat yoldaşı, İtaliyada yaşamaq icazəsi olan 50 yaşlı Rusiya vətəndaşı Anna Bojkova olduğu bildirilib.
Xəbərdə 16 metr uzunluğundakı qayığın 15 nəfər tutumunun olduğu, ancaq hadisə zamanı qayıqda 20-dən çox adamın olduğu bildirilib.
Sözügedən 4 nəfərin batan qayıqda sıxışıb çıxa bilmədikləri üçün həyatını itirmiş ola biləcəyi qeyd edilib.
Qəzadan sağ çıxan digər israillilərin hərbi təyyarə ilə Təl-Əvivə qayıtdığı bildirilib.
Medianews.az