Anası ilə mübahisə edən qadın onun başını kəsərək küçələrdə dolaşıb.
Medianews.az xəbər verir ki, hadisə Avstraliyada baş verib.
Məlumata görə, anası mədəsi ağrıyan Cessikanın həkimə getməsi üçün israr edib. Bu zaman 25 yaşlı qadın əsəbiləşərək anasına hücum çəkib. Dava zamanı qəzəblənən Cessika mətbəxdən götürdüyü bıçaqla anasının ən azı 100 yerindən bıçaqlayıb və başını kəsib.
Anasının kəsilmiş başı ilə küçələrdə gəzən Cessika qarşısına çıxan ilk xəstəxananın təcili yardım otağına daxil olub. Xəstəxanadakı təcili yardım əməkdaşlarına “Anamın başını tikə bilərsinizmi?” deyə soruşub. Bunu görənlər polisə hadisə barədə məlumat verib.
Jessika Camiller 21 il azadlıqdan məhrum edilib.
Medianews.az