ABŞ-da bütün ailəsini güllələyib öldürən şəxs, “Onları öldürməliyəm, çünki onlar adamyeyən idilər. Məni yeyərdilər” deyərək özünü müdafiə edib.
18 yaşlı cinayətkar polisə zəng edərək törətdiyi cinayəti etiraf edib. Hadisə yerinə gələn polis 18 yaşlı şübhəlinin barrikada quraraq bir müddət müqavimət göstərdiyini, lakin sonradan həbs edildiyini bildirib.
Polisin evdə apardığı araşdırma nəticəsində ailəsini qətlə yetirən 18 yaşlı şübhəlinin ailənin hər bir üzvünə bir neçə dəfə atəş açdığı məlum olub.
Qatil ailəsini adamyeyən olduqlarını əsas gətirərək öldürsə də, ailəni 12 ildir tanıyan bir ailə dostu bununla razılaşmır.
Ailə dostunun sözlərinə görə Onlar mükəmməl ailə idilər: “Ailədə hər kəs son dərəcə gözəl insanlar idi, mənə çox kömək ediblər”.
Medianews.az