Şiddətli yağışlardan sonra 70-dən çox məzar su altında qalıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Çamlıca ərazisində baş verib.
Məlumata görə, son günlər yağan yağışların artması ilə suyun səviyyəsi yüksələn Torul bəndində baş verən sel nəticəsində məhəllə qəbiristanlığını su basıb.
Bu haldan narahat olan sakinlər dərhal tədbir görülməsi ilə bağlı səlahiyyətli qurumlara müraciət ediblər.
Qeyd edək ki, sakinlər bu halın ilk dəfə olmadığını da vurğulayıb.
Medianews.az