Türkiyənin Adana şəhərində bir şəxs borc verdiyi tanışın evinin qarşısına pulunu vermədiyi üçün səs bombası atıb.
Medianews.az xəbər verir ki, səs bombasının partladığı anlar təhlükəsizlik kamerasına əks olunub.
Bombanın partlaması nəticəsində alov topunun yarandığı küçənin sakinləri vəziyyəti polisə bildiriblər. Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları, şübhəlinin küçədəki təhlükəsizlik kamerasına səs bombası atdığı anları təsbit edib.
Hazırda həmin şəxsin axtarışları davam etdirilir.
Medianews.az