Türkiyəli müğənni Tuba Ekinci mübahisəli açıqlamaları heyranlarının qəzəbinə səbəb olub.
Medianews.az xəbər verir ki, tanınmış müğənni səhnə qiymətlərini artıran müğənnilərə haqq verib.
O bildirib ki, biz işlədiyimiz yerlərə kasıb adamlar gəlməsin:
“Biz işlədiyimiz yerlərdə kasıbı gözləmirik. Varlı gəlsin, kasıblar yox” .
Son günlər bəzi sənətçilərin qiymət artımından danışan Ekinci diqqətçəkən açıqlamalar verib. Bəzi müğənnilərin səhnə qiymətlərini artırmasına isə o, belə reaksiya verib:
“Lap yaxşı oldu. Pulsuz əyləncə yoxdu. Görürsünüz, dolanışıq bahalıdır, nə mənası var o zaman əylənməyə gəlməyinizin? Biz işlədiyimiz yerdə kasıbları içəri buraxmırıq. Qiymətlər normaldır, hətta daha da baha olmalıdır”.
Medianews.az