“Avropaya təbii qaz ixrac etsək, Türkiyə üzərindən olacaq” .
Medianews.az xəbər verir ki, bu sözləri İranın Milli Təbii Qaz Şirkətinin (NIGC) baş direktoru ölkəsinin Avropaya təbii qaz ixrac edəcəyi təqdirdə bunu Türkiyə üzərindən həyata keçirəcəklərini bildirib.
İran İşçi Xəbər Agentliyinə (ILNA) danışan Çegeni, ölkəsinin təbii qaz ixracatına gələcək yanaşması haqqında məlumat verib.
Pakistan, Əfqanıstan və Omanın da İran təbii qazını istədiyini ifadə edən Çegeni, danışıqların gündəmdə olduğunu, lakin bu ölkələrin bəziləri ilə müqavilə imzalamaq üçün lazımi infrastrukturun hələ hazır olmadığını qeyd edib.
Medianews.az