ABŞ-da yaşayan milyonçu gənc qalmaq üçün oğlunun qanından istifadə edir.
Medianews.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dallas bölgəsində yaşayan texnologiya milyonçusu Bryan Johnsonun sınadığı bu üsul görənlər heyrətləndirib.
Məlumata görə, Johnsonun 70 yaşlı atası da həmin üsuldan yararlanıb.
45 yaşlı milyonerin bu işə ildə təxminən 2 milyon dollar xərclədiyi təxmin edilir.
Qeyd edək ki, Johnson beyin fəaliyyətini izləyə və qeyd edə bilən texnologiyalar hazırlayan Kernel şirkətinin yaradıcısıdır.
Medianews.az