Türkiyənin Diyarbəkir şəhərində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, yatmış arvadını yataqda öldürən kişi özünü də güllələyərək həyatına son qoyub.
Bir binada qapıçı işləyən şəxsin kriptovalyuta birjasında itirdiyi pula görə depressiyaya düşdüyü iddia edilib.
Hadisə yerinə gələn təcili yardım qrupları Bəsrə Dənizlinin hadisə yerində öldüyünü, Mehmet Dənizlinin isə ağır xəsarət aldığını müəyyən edib. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq Mehmet Dənizli də həyatını itirib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Medianews.az