Məktəb həyətindəki dam örtüyünün uçması faciəyə səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə Taylandın Phichit əyalətində baş verib.
Məlumata görə, dam örtüyünün uçmasına səbəb ötən gün yağan güclü yağış olub.
Hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
Olayla bağlı istintaq başlanılıb.
Medianews.az