Ev sahibi ilə kirayəçi arasında yaranan mübahisə əlbəxaya davaya çevrilib.
Medianews.az xəbər verir ki, hadisə İstanbulda baş verib.
Məlumata görə, dava edən tərəflərin yaxınları hadisəni eşidib əraziyə gəlib. Bu səbəbdən mübahisə daha da böyüyüb.
Bıçaq, daş, taxta istifadə olunan davada 4 nəfər yaralanıb.
Meydan savaşına çevrilən hadisəyə polis əməkdaşları müdaxilə ediblər.
Medianews.az