Tokat Dövlət Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan 67 yaşlı şəxsin orqanları bir neçə xəstəyə həyat verib.
Medianews.az xəbər verir ki, həmin şəxs dünyasını dəyişdikdən sonra xəstəxana rəsmiləri onun orqanlarını bağışlamaq üçün övladları ilə görüşüb.
Görüşün müsbət nəticəsi ilə dünyasını dəyişən şəxsin qaraciyəri, buynuz qişası və böyrəkləri əməliyyatla çıxarılıb.
A.A-nın qaraciyəri və iki buynuz qişası Ərzuruma, böyrəklərindən biri Samsuna, biri isə Sivasda orqan gözləyən xəstələrə nəql edilmək üçün göndərilib.
İl Səhiyyə Müdiri Atilla Bıyık bildirib ki, xəstənin yaxınları orqanlarını bağışladıqdan sonra Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıblar.
Medianews.az