“Putin və Ərdoğan arasındakı münasibətlər qarşılıqlı faydalı ikitərəfli münasibətlərə töhfə verir”.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Kremlin sözçüsü brifinq zamanı qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan populist hiylələrə öyrəşməyən çox ciddi siyasi fiqurlardır:
“Hər iki siyasətçinin böyük siyasi təcrübəsi var, onlar öz sözlərinə cavabdehdirlər. Onlar arasındakı bu cür əlaqələr və liderlərin hərəkətləri qarşılıqlı faydalı ikitərəfli münasibətlərə töhfə verir. Bu, iki ölkənin xalqları üçün vacibdir”.
Medianews.az