Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut şəhəri ilə bağlı açıqlama verb
BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyada mətbuat konfransında danışıb.
“Heç bir anlaşılmazlıq yoxdur. Baxmutda nə baş verdiyini aydın başa düşürəm. Və bütün bunların niyə baş verdiyini hamımız aydın başa düşürük. Ordumuzun taktiki fikirlərini sizinlə bölüşə bilmərəm. Ukrayna hərbçiləri Baxmutdadırlar, onların üzərinə vacib vəzifə düşür. Bu o deməkdir ki, bu gün Baxmut Rusiya tərəfindən ələ keçirilməyib. Bunun iki və ya üç interpretasiyası ola bilməz”, – Zelenski vurğulayıb.