Gürcüstan prezidenti Zurabişvili son dörd ildə Rusiyadan ilk uçuşu “arzuolunmaz” adlandırıb.
Medianews.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili hava hərəkətinin bərpasından sonra dörd il ərzində Rusiyadan ilk uçuşu şərh edib. Onun sözlərinə görə, bu, “arzuolunmaz” idi.
“Gürcü xalqının müqavimətinə baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz uçuş həyata keçirdi”, o, Twitter-də yazıb.
Xatırladaq ki, cümə günü Moskvadan gələn Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisiyə enib. Hava limanının yaxınlığında onlarla insan etiraz aksiyası keçirib, lakin polis onları gəliş zalının girişinə buraxmayıb.
Medianews.az