Azərbaycanın xalq artisti Turan Manafzadə Azərbaycan və Türkiyə qardaşlığının ortaq mübarizə anlayışından bəhs edən əsər bəstələyib.
Medianews.az türk mediasına istinadla xəbər verir ki, Manafzadə Ankarada verəcəyi konsertdə sənətsevərlər üçün “Türkiyə 100” əsərini səsləndirəcək.
Manafzadə bildirib ki, zəlzələ zamanı bu əsəri bəstələyib:
“Çox gərgin hisslərlə bəstələdim və bu bəstədə ortaq hisslərimiz var. Türkiyə Cümhuriyyəti ilə bağlı xoş arzu və diləklərim var”.
Amerika və Avropada da konsertlər verəcək Manafzadə iyunun 6-da Ankarada sənətsevərlərə xüsusi konsert proqramı ilə çıxış etməyə hazırlaşır.
Manafzadə 6 fevral Kahramanmaraş zəlzələsi üçün bəstələdiyi parçanı da tamaşaçılarla paylaşacaq.