Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma və hərəkətsizlik kimi hallar müşahidə edilir.
Türkiyənin tanınmış qidalanma və pəhriz mütəxəssisi Betül Yurdakul uşaqlıq və yetkinlik dövründə piylənmədən şəkər xəstəliyinə, ürək xəstəliklərindən böyümə geriliyinə qədər meydana gələ biləcəyi problemlərdən danışıb. O, fast-food qidalar, qida dəyəri az olan və yüksək kalorili qidaların ürək xəstəlikləri, allergiya, diabet və xərçəng kimi xəstəliklərə, xüsusilə piylənməyə səbəb ola biləcəyini açıqlayıb.
Günümüzdə fast-food olaraq da bilinən zərərli qidaların istehlakının artmasının uşaqların sağlamlığını riskə atdığını vurğulayan mütəxəssis xüsusilə nahar qutularında qablaşdırılan qidalar, lifsiz, sadə karbohidrat tərkibi yüksək olan qəlyanaltıların zərərindən danışıb:
“Fast-food tərzində qidalanma uşağınızın sağlamlığına və gələcəkdə sağlam inkişafına mənfi təsir edir. Gənc yaşlarından fast-food tipli qidalar qəbul edən uşaqlar gələcəkdə digər uşaqlara nisbətən piylənmə və bir çox sistem xəstəlikləri ilə daha çox qarşılaşırlar. Yağ, sadə şəkər baxımından yüksək qidalar qəbul edən uşaqlarda diabet, böyümə geriliyi, ürək-damar xəstəlikləri, yetkinlikdə yüksək xolesterin, qaraciyər yağlanması, osteoporoz, artıq çəki və hərəkətsizliyə yoldaşlıq edən polikistik yumurtalıq sindromu kimi sağlamlıq problemləri görülə bilər”.
Uşaqların qida ilə əlaqəsini yaxşı bir şəkildə tənzimləmək və sağlam qida alternativləri təqdim etmək üçün valideynlərin uşaqlarına düzgün bəslənmələri üçün nümunə olmasının vacib olduğunu xatırladan ekspert uşağınıza davamlı olaraq sağlam qida təklif edərək evimizdə balanslı qidalanma şüurunu yarada biləcəyimizi qeyd edib:
“Nahar qutularında qablaşdırılmış qidalar, tərkibində lif (pulpa) olmayan yüksək sadə karbohidratlı qəlyanaltılar gündəlik zülalı qarşılamaq üçün kifayət etmədiyi üçün immunitet sisteminə mənfi təsir göstərir. Gün ərzində uşaqlara təqdim edəcəyimiz menyunu düşünərkən mütləq doldurmalı olduğunuz bir boşqab təsəvvür edin. Bu boşqabın yarısı göyərti, tərəvəz və meyvələrlə doldurulmalıdır. Digər yarısında balıq, yumurta, ət və quş əti kimi adekvat protein qəbulunu tövsiyə edirik”.
Medianews.az