Meksikanın Hidalqo ştatında futbol meydançasına silahlı basqın nəticəsində 3-ü 18 yaşdan kiçik olmaqla 6 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, hadisənin qonşu ştatdakı insanlarla ədavət zəminində baş verdiyi iddia edilib.
Polis rəisi Alejandro Rosales bazar günü əyalətin Atotonilko de Tula şəhərində futbol meydançasına silahlı hücum olduğunu təsdiqləyib. Hücum nəticəsində 6 nəfərin öldüyü, onlardan 3-nün 18 yaşdan kiçik olduğu bildirilib. Hadisə şahidləri xəsarət alanların da olduğunu bildiriblər.
Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində baş verdiyini iddia ediblər.
Qeyd edək ki, Meksikanın Morelos əyalətində 2022-ci ilin sentyabrında silahlı şəxslərin futbol matçı zamanı azarkeşlərə atəş açması nəticəsində 4 nəfər həlak olmuşdu.