Borsa İstanbulda BIST 100 indeksi seçkidən sonrakı ilk əməliyyat günündə açılışda 6,4% geriləyib. Bank indeksində azalma 9,5 faizə çatıb.
Medianews.az xəbər verir ki, İstanbul birjası seçkidən sonra kəskin enişlə açılıb. Prezident seçkilərinin qeyri-rəsmi nəticələrə görə 2-ci turda qalmasından sonra BIST 100 indeksi açılışda yüzdə 6,4 azalaraq 4489 bənd olub.
Açılışda ən kəskin ucuzlaşmalar bank səhmlərində qeydə alınıb. BIST Bankçılıq indeksi yüzdə 9,5 azalaraq 4554 bənd olub.
Bu arada cümə gününü 19,58 lirə ilə başa vuran dollar səhər saatlarında 19,65 lirəyə qalxıb.
Medianews.az