Rusiyanın Soçi şəhərində qadın və onun ögey oğlu övladlığa götürdükləri uşaqlara aylarca isgəncə veriblər.
Medianews.az xarici mediaya istinadla bildirir ki, 47 yaşlı Soçi sakini və onun 19 yaşlı ögey oğlu övladlığa götürdükləri dörd uşağa işgəncə verməkdə ittiham olunur.
Belə ki, qadın övladlığa götürdüyü böyük oğlu ilə birlikdə 4 azyaşlı himayədar uşağa qarşı sistemli şəkildə fiziki güc tətbiq edib, onları bütün günü yeməkdən məhrum edib, həmçinin təhqir edərək zor tətbiq edib.
Ana və oğlu həbs edilib. Hazırda araşdırmalar davam edir.
Medianews.az