Şizofreniya xəstəliyindən əziyyət çəkən ananın öz övladına qiyması hər kəsi şoka salıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində qeydə alınıb.
Belə ki, 4 yaşlı oğlunu boğaraq qətlə yetirən ana polisə zəng edərək əməlini etiraf edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faciə yerinə gəldikdən sonra saxlanılan şəxs psixiatrik diaqnoz barədə məlumat verib.
Məlum olub ki, ananın xəstəliyi kəskinləşdiyi üçün o bu əməli törədib.
İlkin məlumatlara görə, ana ilk öncə oğlunu boğub, sonra isə boğazını kəsib.
Medianews.az