İngiltərədə yaşayan 15 yaşlı Paris Mayo valideynləri evdə olarkən uşaq dünyaya gətirib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Mayo uşağını boğaraq öldürdükdən sonra onu zibil qutusuna atıb.
Qeyd edək ki, sözügedən hadisə 2019-cu ildə baş verib.
Hazırda həmin faktla bağlı məhkəmə işi başlayıb. Paris Mayo 2019-cu ildə törətdiyi qətldə günahkar bilinib və qətlə görə mühakimə olunur.
Hazırda 19 yaşı olan Paris Mayo 15 yaşında olarkən valideynləri evdə yuxarı mərtəbədə olarkən körpə dünyaya gətirib. O, dünyaya gətirdiyi körpəni boğduqdan sonra zibil torbasına qoyub. Səhəri gün o, qardaşına evdən çıxarkən zibil torbasını atmasını istəyib.
Lakin anası səhər qapının qarşısında tapdığı zibil torbasına baxdıqda dəhşətə gəlib. Torbada cansız körpə cəsədini görən ana qışqıraraq polisə zəng edib. Hadisə yerinə gələn polis qrupları Paris Mayonu saxlayıb.
Qatil ana ifadəsində hamilə olduğunu bilmədiyini, körpənin qəfildən doğulduğunu, körpənin öldüyünü desə də, müayinədə körpənin boğularaq öldürüldüyü üzə çıxıb.
Medianews.az