“Əgər ABŞ defolt etsə, bütün dünya problemlə üzləşəcək”.
Medianews.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden bildirib.
Bayden Nyu-Yorkda iştirak etdiyi proqramda dünya liderlərinin ABŞ-dakı defolt riski ilə maraqlandıqlarını da qeyd edib.
Borc limiti böhranını “istehsal böhranı” olaraq xarakterizə edən Bayden ABŞ-ın dünyanın ən güclü iqtisadiyyatına sahib olduğunu və bütün borcları ödəyə biləcəyinə heç bir şübhə olmadığını söyləyib:
“Biz məsuliyyətlə xərcləri azaltmalıyıq ki, lazımsız böhrandan xilas olaq” .
Bayden kredit kartları, avtomobil və ipoteka kreditləri üçün daha yüksək faiz dərəcələri, sosial sığorta ödənişlərində gecikmələr və iş yerlərinin itirilməsi ilə nəticələnə biləcək böhranın mümkün nəticələri barədə xəbərdarlıq edib:
“İqtisadiyyatımız tənəzzülə uğrayır və beynəlxalq nüfuzumuz ciddi şəkildə zədələnir”.
Federal hökumətin 31,4 trilyon dollarlıq borc həddinə çatmasına və nağd pul çatışmazlığına bir aydan az vaxt qalmış prezident Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartini, Azlıqların Lideri Hakeem Jeffriesi və digər səlahiyyətli şəxsləriborc limiti məsələsini müzakirə etmək üçün görüşə dəvət edib.
Bayden, görüşdən sonra təşkil edilən mətbuat konfransında görüşün məhsuldar olduğunu və cümə günü yenidən bir araya gələcəklərini bildirib. (AA)
Aytac Şahin
Medianews.az