7,6 bal gücündə zəlzələ oldu
Sakit Okeanda ada ölkəsi olan Tonqa sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.
Novoye-Vremya.com Haber Global-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri dənizdə 200 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Samoa və Fici, eləcə də Tonqada hiss olunub.