Türkiyənin İzmir şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, 29 yaşlı həyat yoldaşı Tuba Algülü tapança ilə öldürərək jandarmaya təslim olan Bişar Algül ədliyyəyə sövq edilib.
Polislərə həyat yoldaşını ehtiyatsızlıqdan vurduğunu deyən Bişar Algül məhkəməyə gətirilərkən jurnalistlərin “Arvadını niyə öldürdün” sualına “şərh yoxdur” cavabını verib.
Dəhşətli hadisə ötən gün saat 03:00 radələrində Balabanlı rayonunda baş verib. Təxminən bir həftə əvvəl məhəllədən ev və torpaq sahəsi alan Tuba Algüllə əri Bişar Algül arasında mübahisə düşüb. 5 övladı olan cütlüyün mübahisəsi davaya çevrilib. Bişar Algül 12 illik həyat yoldaşı Tuba Algülü tapança ilə vuraraq qaçıb.
Cütlüyün 12 yaşlı uşağı qonşularına xəbər verdikdən sonra sağlamlıq və jandarma qrupları ünvana göndərilib. Həkimlərin müdaxiləsi zamanı sinəsindən güllə yarası alan Tuba Algülün öldüyü müəyyən edilib. Algülün cənazəsi İzmir Ədli Tibb Qurumunun meyitxanasına aparılıb.
Həyat yoldaşını öldürüb qaçan Bişar Algül dünən axşam saatlarında silahla Ovakent Jandarma Bölməsinə gedərək təslim olub.
Medianews.az