TikTok-dakı paylaşımları sayəsində qısa zamanda fenomenə çevrilən Rachel adlı gənc qız süni intellekt texnologiyası ilə yaradılan çılpaq fotolarını görüncə şoka düşüb.
Medianews.az xəbər verir ki, ağlayaraq çılpaq fotoları haqqında danışan fenomen əynində paltar olduğunu deyib.
Sosial mediadakı paylaşımlarının süni intellekt texnologiyası ilə bu hala gətirildiyini deyən sosial media fenomeni göz yaşları içində 301 min izləyicisinə vəziyyəti izah etməyə çalışıb. Fenomenin sosial mediada verdiyi açıqlamalar qısa zamanda gündəmə gəlib.
Medianews.az