“Vətənimizə qarşı yenidən əsl müharibə başladı”.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Moskvada Qırmızı Meydanda keçirilən Qələbə Paradında Rusiya prezidenti Vladimir Putin deyib.
Prezidentin sözlərinə görə Rusiyaya qarşı yenidən müharibə aparılır, amma o, özünü qoruya bilir:
“Vətənimizə qarşı növbəti dəfə əsl müharibə başladıldı, lakin biz beynəlxalq terrorizmi dəf etdik, Donbass sakinlərini də qoruyacağıq, təhlükəsizliyimizi təmin edəcəyik.
O, həmçinin əlavə edib ki, sivilizasiya bu gün yenidən həlledici dönüş nöqtəsindədir.
Medianews.az