Avstraliyanın Viktoriya əyalətində yaşayan 48 yaşlı qadın meşədə çarəsəiz vəziyyətdə qalıb.
Medianews.az xəbər verir ki, qadın 5 gün ərzində heç kimlə ünsiyyət qura bilməyib və şərab içərək həyatda qalmağı bacarıb.
Ailəsinin xəbəri üzərinə hərəkətə keçən qruplar, 5 gün sonra qadını tapıb.
Avstraliyanın Viktoriya əyalətində yaşayan 48 yaşlı Lillian anasını ziyarət etmək üçün yola düşüb. “High Country” bölgəsində avtomobili bataqlığa düşən qalan qadın cib telefonu siqnalı olmayan ərazidə çarəsiz qalıb.
Ən yaxın yaşayış məntəqəsindən təxminən 60 kilometr aralıda olan Lillianın maşınında su və yemək olmayıb. Gecənin soyuqluğundan qorunmaq üçün avtomobilində qalan Lillianı xilas etmək üçün ailəsinin xahişi ilə polis qurudan və havadan axtarış əməliyyatlarına başlayıb. Lilliana tapıldıqda sağlam olduğunu deyən polis məmuru onun yalnız şərab içərək həyatda qaldığını bildirib. Qadın həmin şərabı da anasına hədiyyə olaraq aldığını bildirib.
Medianews.az