“Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhətində heç bir irəlləyiş yoxdur”.
Bu barədə Qaynarinfo-ya meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, bütün müalicələrə baxmayaraq, meyxanaçı yeriyə bilmir:
“İki ildən çoxdur ki, yataq xəstəsidir. Nə yeriyə bilir, nə qalxa. Bütün günü uzanır. Sağ olsun, dostları onu tək qoymur. Tez-tez gəlib, hal-əhval tuturlar”.
Qeyd edək ki, illər öncə meyxana ifaçısı Ağakərim Novruzun beyninə qan sızıb.