Türkiyənin Kayseri şəhərində məktəblərdən birində bıçaqlanma hadisəsi olub .
Medianews.az xarici mediaya istinadla bildirir ki, hadisə səhər saatlarında orta məktəbin yeməkxanasında baş verib.
Belə ki, 8-ci sinif şagirdi, 6-cı sinif şagirdindən borc istəyib.
Yeniyetmə qız oğlana yox cavab verdikdə əvvəlcə mübahisə düşüb.
Mübahisə zamanı oğlan cibindən bıçaq çıxardaraq qızın əyağına xəsarət yetirib.
Xəsarət alan qız isə xəstəxanaya aparılıb.
Hadisəni törətdikdən sonra qaçan yeniyetmə hazırda polislər tərəfindən axtarılır.
Medianews.az