Ev sahibi ilə icarəçi arasında baş verən davanın görüntüləri izləyənləri şoka salıb.
Medianews.az xəbər verir ki, sözügedən görüntülər Antalyada lentə alınıb.
İcarəyə götürdüyü anbarın kirayə haqqının qalxmasına etiraz edən şəxs binanın divarlarına zərər verməyə çalışıb. Külünglə binaya hücum edən şəxs divarlara zərər verib.
Hadisədən sonra polis bölməsinə gedərək şikayət edən anbarın sahibi anbara qayıdanda ikinci şoku yaşayıb. İçərisində materialların olduğu anbarın qapısında qıfıl olduğunu görən icarəçi polisə zəng edərək yardım istəyib.
Medianews.az