“Xüsusilə C vitamini baxımından zəngin olan alça antioksidan təsiri göstərərək immunitet sistemini gücləndirir və ürək sağlamlığını qoruyur. Dəri sağlamlığı üçün böyük əhəmiyyəti olan bu vitamin yaraların sağalmasını da sürətləndirir. Üstəlik, alçanın kalorisi olduqca aşağıdır. O qədər ki, 10 alça (100 qram) porsiyasında cəmi 50 kalori var”.
Qidalanma və pəhriz mütəxəssisi Nilay Öngen duzlu alça yeməkdən qaçmaq lazım olduğu barədə xəbərdarlıq edərək bildirib ki, çox duz qəbulu orqanizmdə ödəm əmələ gətirə bilər:
“Ürək, böyrək və sümük sağlamlığına da mənfi təsir göstərə bilər. Bundan əlavə, ac halda yüksək miqdarda istehlak edilən yaşıl gavalı mədə problemi olan insanlarda qaz əmələ gəlməsinə səbəb ola bilər”.
Ekspert həmçinin alçanın faydalarından fa bəhs edib:
“Alça ürək sağlamlığını dəstəkləyir:
Bu meyvə ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərə bilər. Bir porsiyada 157 mq kalium var. Tərkibindəki kalium ilə ürək əzələlərinin işini tənzimləyir və təzyiqi aşağı salaraq yüksək təzyiqin qarşısını ala bilir. Tərkibindəki lif sayəsində pis LDL xolesterini də azaltmağa kömək edir. Bunlara əlavə olaraq yaşıl gavalı tərkibindəki zəngin C vitamini ilə zədələnmiş damarların bərpasında iştirak edə bilər.
Çəki nəzarətini təmin edir:
Aşağı kalorili bir meyvə olan alça bu xüsusiyyəti ilə çəki nəzarətini dəstəkləyə bilər. Tərkibindəki lif və su sayəsində toxluq hissini də artıra bilər. Bu səbəbdən arıqlama pəhrizlərində gündə 1-2 porsiya alça istehlakı arıqlamağa kömək edə bilər.
Dəmirin udulmasını artırır:
Alça gündəlik C vitamini ehtiyacının 10 faizini ödəyir. Tərkibində C vitamini olan qidalar dəmirlə istehlak edildikdə dəmirin udulmasını artırır. Əgər qan azlığı probleminiz varsa, dəmir qaynağı olan qırmızı ətin yanında bu meyvə və göyərti ilə salat yeyərək həmin problemdən xilas ola bilərsiniz.
Qan şəkəri tarazlığını qoruyur:
Alça aşağı glisemik indeksli bir meyvə olmaqla qan şəkərinin tənzimlənməsini dəstəkləyir və istehlakdan sonra qan şəkəri daha bərabər yüksələ bilir. Banan, üzüm, qovun və qarpız kimi meyvələrlə müqayisədə qan şəkərinə daha yaxşı nəzarət edir. Xüsusilə diabet xəstələri alça ilə birlikdə 10 ədəd çiy badam istehlak edərək balanslı qəlyanaltı yarada bilərlər.
Qəbizliyin qarşısını ala bilər:
Alça meyvəsinin təxminən 87 faizi sudur. Su və liflə zəngin olan bu meyvənin istehlakı sağlam bağırsaq sisteminin yaranmasına kömək edə bilər. Bağırsaq hərəkətlərinin artması sayəsində qəbizlik problemi azala bilər. Son zamanlar aparılan araşdırmalara nəzər saldıqda sağlam bağırsaq sisteminin bir çox xəstəliklərin qarşısının alınmasında böyük rolu olduğu da məlumdur.
Güclü dişlər və sümük quruluşu üçün vacibdir:
Bir porsiya alça 6,4 mkq K vitamini və 16 mq fosfor ehtiva edir. Bu maddələrlə sümük və diş quruluşunu gücləndirə bilər. Ancaq unutmaq olmaz ki, bu faydalı təsir üçün kifayət qədər kalsium və D vitamini lazımdır. İsti yay günlərində alça tzatziki reseptini sınaya, sərinləyə və sümük və diş sağlamlığınıza töhfə verə bilərsiniz.
Qırışların əmələ gəlməsini gecikdirir:
Alça antioksidan xüsusiyyətlərə malik A və C vitaminləri ilə zəngin meyvədir. Tərkibindəki bu antioksidant vitaminlər dərinin zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə aparır. Bundan əlavə, C vitamini kollagenin istehsalını dəstəkləyərək dərinin elastikliyini qoruyur. Beləliklə, qırışların əmələ gəlməsini və qocalmasını gecikdirir. C vitamini çatışmazlığı olan insanlarda yaraların sağalma müddəti uzana bilər, ona görə də gündəlik ehtiyacın ödənilməsi daha da vacib olur.
Göz sağlamlığı üçün əhəmiyyətlidir:
Alça beta-karoten, lutein və zeaksantin kimi antioksidan birləşmələri olan bir meyvədir. Bir porsiya alça 190 mkq beta-karotin ehtiva edir. Bədəndə əmələ gələn sərbəst radikallar; Katarakt, gecə korluğu və makula degenerasiyası kimi göz xəstəliklərinə səbəb ola bilər. Bu meyvə tərkibindəki antioksidan birləşmələrlə sərbəst radikallarla mübarizə aparır və göz sağlamlığını qorumağa kömək edir”.
Aytac Şahin
Medianews.az