“Sevdiyin birini itirmək səbəbi ilə keçirilən həddən artıq stress ürək sıxıntısından başqa, son aparılmış araşdırmalara görə xərçəng xəstəliyinə də səbəb ola bilər. Belə ki “Qırıq qəlb sindromu yaşayan 6 nəfərdən 1-inin xərçəng xəstəliyinə tutulduğu aşkarlanıb. Bundan başqa bu xəstələrin diaqnoz qoyulduqdan 5 il sonra yaşama faizi daha aşağıdır”.
Bu sözləri Medianews.az-a açıqlamasında Salyan Rayon xəstəxanasının baş həkimi Ramin Qasımov bildirib. O, qeyd edib ki, xalq arasında “Qırıq qəlb sindromu ” adlandırılan Takotsubo sindromu (TTS) ciddi psixoloji və fiziki stress vəziyyətində yarana bilən ürək çatışmazlığı yayılıb:
“TTS-in yaranma mexanizmi haqqında bir çox fərziyyələr irəli sürülsə də, hal-hazırda tam olaraq mexanizmi açıqlayan məlumat yoxdur. Bu vaxta qədər bir neçə maliqnizasiya və kimyaterapiya prosesi zamanı aşkarlanmış TTS halı məlumdur. Maliqnizasiyanın özündən əlavə, maliqnizasiya əleyhinə müalicənin öz növbəsində TTS-in yaranması ilə əlaqəsi teoriyası irəli sürülmüşdür. Beynəlxalq Takotsubo Qeydiyyat Dəftərindən (InterTAK Qeydiyyat Dəftəri) görüldüyü qədəri ilə TTS nəticələrinin akut koronar sindromda (ACS) alınan nəticələr ilə bənzərliyi təsbit edilmişdir. Bu da klinik olaraq maliqnizasiya, müalicəsi və TTS-in birlikdə yaratdığı mənzərənin daha ağır olduğunu, daha ağır nəticələrə səbəb olduğunu göstərir. Aparılan araşdırmalarda məqsəd bu xəstələrdə xəstəliyin klinik özəllikləri, maliqnizasiyaya uğramış və ya uğramamış TTS-li xəstələrdə həm qısa,həm də uzun vədəli nəticələri araşdırmaq, alınmış nəticələri maliqnizasiyalı və ya maliqnizasiyası olmayan ACS-li xəstələrin nəticələri ilə müqayisə etməkdir.
TTS-li xəstələrdə ən çox rast gəlinən xərçəng süd vəzi xərçəngidir. Bu araşdırmalara əsasən Beynəlxalq Takotsubo Qeydiyyat Dəftərindən götürülmüş 1604 TTS-li xəstənin 16,6%- də maliqnizasiya görüldü. Maliqnizasiyalı xəstələrdə uzun müddətə ölüm göstəriciləri yüksəkdir (P<0,001),qısa müddətə göstəricilərlə (P=0,17) qarşılaşdırılır. Bu xəstələrdə ən çox rast gəlinən xərçəng növü süd vəzi xərçəngidir. Digər növlər isə həzm sistemi, tənəffüs sistemi, daxili cinsiyyət orqanları və dəri xərçəngidir. Başqa bir qrup xəstələrdə uzun müddətə ölüm göstəriciləri maliqnizasiyalı TTS xəstələri ilə bədxassəli ACS xəstələrinin nəticələri qarşılaşdırılır.
Bu xəstələrdə ən çox rast gəlinən xərçəng növü süd vəzi xərçəngidir. Digər növlər isə həzm sistemi, tənəffüs sistemi, daxili cinsiyyət orqanları və dəri xərçəngidir. Başqa bir qrup xəstələrdə uzun müddətə ölüm göstəriciləri maliqnizasiyalı TTS xəstələri ilə bədxassəli ACS xəstələrinin nəticələri qarşılaşdırılır (P=0,13). Bu nəticələrə görə maliqnizasiya uzun müddətə ölüm göstəricilərini təyin edən faktor kimi qeyd olunur.
Tədqiqatlar göstərir ki, çox saylı TTS xəstələrinin maliqnizasiyaya uğradığı, maliqnizasiyanın TTS riskini artırdığı və nəticədə bu kimi xəstələrdə maliqnizasiyaya yönəlmiş xüsusi müayinələr aparılmalıdır”.
Medianews.az