İzmirdə qəzaya uğrayan avtomobil ikiyə bölünüb.
Medianews.az xəbər verir ki, İzmirin Kemalpaşa rayonunda Ahmet S-in (26) idarə etdiyi avtomobil yağış səbəbindən sürüşkən yolda idarəetmədən çıxaraq qarşı tərəfdən gələn Mustafa D.-nin (56) idarə etdiyi panel furqonla toqquşub.
Toqquşmanın təsirindən avtomobil ikiyə bölünüb. Oturacaqlar və arxa hissə təxminən 10 metr geridə qalıb.
Qəzadan xoşbəxtlikdən sağ çıxan avtomobil sürücüsü və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
Yaxınlıqdakı xəstəxanalara çatdırılan hər iki sürücünün həyati təhlükəsinin olmadığı öyrənilib.
Fərid Abbas
Medianews.az