İspartada dağlıq ərazidə gəzən gənc qayalıqlardan çıxa bilmədi.
Medianews.az xəbər verir ki, İspartanın Ayazma məhəlləsində dağlıq əraziyə gəzintiyə çıxan Ahmet Muhammet Ulu (30) qayalıq ərazidə ilişib qalıb.
Ulunun səlahiyyətlilərdən kömək istəməsinin ardından AFAD və İsparta Bələdiyyəsinin axtarış-xilasetmə qrupu bölgəyə göndərilib. Köməyə gələn qruplar gənci ilişib qaldığı yerdən xilas edib.
Ulunun səhhətinin yaxşı olduğu öyrənilib.
Fərid Abbas
Medianews.az